logo

Baş Mühasib

Baku
Apply

Responsibilities

  • Maliyyə əməliyyatlarının və biznes proseslərinin mühasibat uçotu modelinə inteqrasiyasını dizayn etmək və davamlı olaraq təkmilləşdirmək;
  • Mühasibat uçotu siyasət və prosedurlarının hazırlanmasını, optimallaşdırılmasını və effektiv tətbiqinə nəzarəti təmin etmək;
  • Şirkətdə həyata keçirilən və planlaşdırılan əməliyyatların maliyyə təsirini analiz etmək, uyğun uçot yanaşmasını müəyyənləşdirmək;
  • Maliyyə məlumatlarının keyfiyyətinə nəzarət etmək, məlumatların düzgünlüyünü və vaxtında sistemlərə daxil edilməsini təmin etmək;
  • Digər departamentlərlə sıx və proaktiv əməkdaşlıq edərək, düzgün və effektiv məlumat axınının qurulmasına dəstək vermək;
  • Komanda üzvlərinə metodoloji dəstək göstərmək, onların inkişafını və performansını idarə etmək;
  • Daxili və xarici audit proseslərinə hazırlıq və koordinasiyanı həyata keçirmək;
  • ERP və digər mühasibat sistemlərinin inkişafı, optimallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərində aktiv iştirak etmək.

Requirements

  • Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə dərin nəzəri və praktiki biliklər;
  • Biznes proseslərini anlama və onları mühasibat uçotu müstəvisinə düzgün transformasiya etmə bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti;
  • Effektiv kommunikasiya və maraqlı tərəflərlə (stakeholder) işləmə bacarığı;
  • Komanda idarəetməsi və mentorluq üzrə təcrübə;
  • Proseslərin qurulması, optimallaşdırılması və təkmilləşdirilməsi üzrə yanaşma;
  • Detallara yüksək diqqət və sistemli düşüncə tərzi;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə MS Excel üzrə yüksək səviyyə);
  • ERP sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
  • ACCA, CIMA və ya digər beynəlxalq peşəkar sertifikatlar üstünlükdür; bu sertifikatlar olmadığı halda PMS sertifikatının olması tələb olunur.

Conditions

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
Share this job opening

Application:

I agree to the processing of my personal data in accordance with the PashaPay Privacy Policy