Şirkət üzrə illik büdcə prosesinin hazırlanmasında iştirak etmək, struktur bölmələr üzrə büdcə modellərinin hazırlanmasını və təkmilləşdirilməsini dəstəkləmək.
Şirkətin maliyyə planlaşdırılması və strateji qərarlarının dəstəklənməsi məqsədilə müxtəlif maliyyə modellərinin (feasibility, business planning, investment analysis və s.) hazırlanmasında iştirak etmək.
Aylıq və rüblük maliyyə proqnozlarının hazırlanması, nəticələrin təhlili və rəhbərlik üçün hesabatların hazırlanmasını təmin etmək.
Maliyyə göstəricilərini (gəlirlər, xərclər, pul axınları və s.) təhlil edərək sapmaları, tendensiyaları və potensial riskləri müəyyən etmək və məlumat əsaslı qərarların qəbuluna dəstək göstərmək.
Büdcə və faktiki göstəricilər üzrə mütəmadi variance analysis aparmaq və istifadə olunan maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək.
Büdcə və planlaşdırma prosesləri çərçivəsində müxtəlif struktur bölmələrdən məlumatların toplanmasını koordinasiya etmək və məlumatların vaxtında təqdim olunmasını təmin etmək.
Büdcələmə metodologiyalarının, hesabat strukturlarının və maliyyə modellərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
Planlaşdırma prosesində istifadə olunan əsas maliyyə fərziyyələrinin, ssenarilərin və performans göstəricilərinin sistemli şəkildə idarə olunmasını təmin etmək.
Birbaşa rəhbər tərəfindən verilən digər vəzifələri icra etmək.
Requirements
Büdcələmə, maliyyə modelləşdirilməsi və ya maliyyə təhlili sahəsində 1.5–2 il iş təcrübəsi.
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə ali təhsil.
Analitik düşünmə, məlumatların təhlili, planlaşdırma və təşkilatçılıq bacarıqları.
MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint üzrə yüksək səviyyədə işləmə bacarığı.
Komanda ilə effektiv işləmək və yüksək iş tempində fəaliyyət göstərmək bacarığı.
İngilis dili üzrə yazılı və şifahi Upper-Intermediate səviyyəsi (rus dili üstünlükdür).
SQL, BI alətləri və ya Python üzrə biliklər üstünlük hesab olunur.
ACCA (MA, PM), FMVA, CIMA Management Accounting və ya büdcələmə və maliyyə modelləşdirilməsi üzrə digər beynəlxalq sertifikatlar üstünlükdür.
Conditions
Bakının ən yaxşı biznes mərkəzlərindən birində işləmək imkanı
Bazar səviyyəsində rəqabətli əməkhaqqı
Özəl tibbi sığorta, ödənişli məzuniyyət, xəstəlik məzuniyyəti, korporativ tədbirlər və bonuslar, fitness endirimi
Məhsula təsir etmək imkanı, açıq fikirli rəhbərlik və güclü, enerjili komanda