Responsibilities
- Mədaxil olunan nağd vəsaitləri qəbul etmək, saymaq və nominal üzrə çeşidləmək;
- Sayılmış məbləği Z-çek üzrə göstərilən məbləğlə müqayisə etmək və mümkün uyğunsuzluqları müəyyən etmək;
- Uyğunsuzluq aşkar olunduqda, vəsaiti təkrar saymaq və səbəbi dəqiqləşdirmək;
- Pulsayan, sayğac və digər avadanlıqların işlək, təmiz və istismara hazır vəziyyətdə olmasını təmin etmək;
- Yararsız, zədələnmiş və ya dəyəri ödənməyən əskinasları müəyyən etmək və müvafiq aktın tərtibində iştirak etmək;
- Zərurət yarandıqda inkassasiya prosesində iştirak etmək;
- İş zamanı yaranan çətinliklər barədə birbaşa rəhbərə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək və mütəmadi hesabat vermək;
- Əmək intizamı və daxili qaydalara riayət etmək.
Requirements
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya müvafiq sahələr üzrə olması üstünlükdür);
- Nağd vəsaitlərlə işləmə qaydaları, pul nişanlarının müəyyən olunması və sayılması üzrə baza bilikləri;
- Dəqiqlik, diqqətlilik və məsuliyyətlilik — nağd pulun sayılması və uyğunsuzluqların müəyyən edilməsində yüksək diqqət tələb olunur;
- Nağd vəsaitlərin sayılması, çeşidlənməsi və yoxlanılması üzrə təcrübə (bank, inkassasiya, kassir və ya bənzər sahədə təcrübə üstünlükdür);
- Texniki avadanlıqlarla (pulsayan, sayğac və digər kass avadanlıqları) işləmə bacarığı;
- Gərgin iş şəraitində və yüksək yüklənmə zamanı operativ və dəqiq çalışmaq bacarığı;
- Komandada işləmə və birbaşa rəhbərlə düzgün kommunikasiyanın qurulması bacarığı;
- Əmək və nizam-intizam qaydalarına riayət etmək;
- Etibarlılıq və yüksək səviyyədə dürüstlük.
Conditions
- Dinamik inkişaf edən şirkətdə karyera və peşəkar yüksəliş imkanı.
- Bazar şərtlərinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
- Məhsulun inkişafına töhfə vermək imkanı: açıq dialoqa açıq rəhbərlik və məqsədyönlü komandada çalışmaq.
- Limitsiz təlim və inkişaf fürsətləri: Peşəkar bacarıqlarınızı artırmaq üçün geniş öyrənmə imkanları
- Tibbi sığorta: İşə başladığınız ilk gündən tam tibbi təminat.
- Korporativ mobil nömrə: Şirkət tərəfindən təqdim olunan mobil nömrə ilə daim əlaqədə qalmaq imkanı.
- Eksklüziv endirimlər: PASHA Group-un DəyərliSən tətbiqi ilə müxtəlif xidmətlər və məhsullara xüsusi endirimlərdən yararlanın.
- İdman və sağlamlıq proqramları: Push30 vasitəsilə endirimli fitness və idman fəaliyyətləri.