Responsibilities
- İşçilərə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydalarının əhəmiyyətini izah etmək və bu qaydalara əməl olunmasına nəzarət edir;
- SƏTƏM üzrə daxili təlimat toplusunu hazırlamaq və mütəmadi yeniləmək;
- İşə yeni qəbul olunan əməkdaşlara Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydaları üzrə təlimlər keçmək, müvafiq jurnalların imzalanmasını təmin etmək;
- İş yerində baş verən qəza və xəsarət hallarını araşdırmaq, səbəbləri təhlil etmək və gələcəkdə bu halların qarşısının alınması üçün tədbirlər müəyyənləşdirmək;
- Avtomatik yanğından mühafizə sistemlərinə (siqnalizasiya və s.) nəzarət etmək və texniki saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Şirkət daxilində dezinfeksiya işlərinin təşkili və icrasına nəzarət etmək;
- Rəhbərliyə mütəmadi hesabat vermək və SƏTƏM üzrə göstəricilərin izlənilməsini təmin etmək;
- Əmək və daxili nizam-intizam qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Requirements
- Ali təhsil (mühəndislik, texniki və ya əlaqədar sahələr üzrə);
- SƏTƏM sahəsində minimum 1 il iş təcrübəsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə normativ-hüquqi sənədlər və beynəlxalq standartlar (ISO 45001, ISO 14001 və s.) barədə biliklər;
- Analitik düşünmə və diqqətlilik bacarığı;
- Komanda ilə işləmə və operativ qərarvermə qabiliyyəti;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı; rus və ingilis dillərində bilik üstünlük hesab olunur;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Conditions
- Dinamik inkişaf edən şirkətdə karyera və peşəkar yüksəliş imkanı.
- Bazar şərtlərinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı.
- Məhsulun inkişafına töhfə vermək imkanı: açıq dialoqa açıq rəhbərlik və məqsədyönlü komandada çalışmaq.
- Limitsiz təlim və inkişaf fürsətləri: Peşəkar bacarıqlarınızı artırmaq üçün geniş öyrənmə imkanları
- Tibbi sığorta: İşə başladığınız ilk gündən tam tibbi təminat.
- Korporativ mobil nömrə: Şirkət tərəfindən təqdim olunan mobil nömrə ilə daim əlaqədə qalmaq imkanı.
- Eksklüziv endirimlər: PASHA Group-un DəyərliSən tətbiqi ilə müxtəlif xidmətlər və məhsullara xüsusi endirimlərdən yararlanın.
- İdman və sağlamlıq proqramları: Push30 vasitəsilə endirimli fitness və idman fəaliyyətləri.